Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlər görülüb

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlər görülüb

02 İyul 2024

Bəzi dairələrin məntəqələrinin hüdudlarında dəyişiklik etməyə əsaslar yaranıb:

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

MSK-nın sədr müavini Rövzət Qasımovun təqdimatına əsasən, ölkə üzrə həyata keçirilən monitorinqlər zamanı 24 dairədə 50-dən çox məntəqədə müvafiq tədbirlərin görülməsinə ehtiyac yarandığı aydınlaşıb: "Bu dairələrdə yerli və digər şəraitlər nəzərə alınmaqla seçicilər üçün maksimum şərait yaradılmasına qərar verilib".