Sədərəkdə "Səsin Sehri" adlı solo konsert keçirilib -

Sədərəkdə "Səsin Sehri" adlı solo konsert keçirilib - FOTO

08 İyun 2025

Sədərək Rayon Uşaq Musiqi Məktəbinin Vokal ixtisası üzrə V sinif şagirdi Kənan Babayevin "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Səsin Sehri" adlı solo konserti keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Sədərək Rayon Mədəniyyət Sarayında baş tutub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konsert proqramında Azərbaycan və dünya musiqi nümunələrindən ibarət bir-birindən rəngarəng ifalar səsləndirilib. Şagirdlərin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Məktəbin direktoru Vəfa Həsənova konsertin yekununda çıxış edərək uğurlu çıxış münasibətilə şagirdləri və müəllimləri təbrik edib, vokal ixtisası üzrə təhsil alan şagirdlərin nailiyyətlərindən bəhs edib.

Sonda konsertdə iştirak edən müəllim və şagirdlər məktəbin diplomları ilə təltif olunublar.