Bu gün Naxçıvanda IV siniflər üzrə monitorinq keçirilir -

Bu gün Naxçıvanda IV siniflər üzrə monitorinq keçirilir - FOTO

05 İyun 2026

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə o cümlədən Naxçıvan Muxtar Respublikasında IV siniflər üçün monotorinq keçirilir.  

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında monitorinq 17 mərkəzdə təşkil olunub. Monitorinqdə muxtar respublikanın ümumtəhsil müəssisələrindən 4300-dən artıq  şagird iştirak edir.

Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.

Şagirdlərimizə uğurlar arzulayırıq!