Cari ildə Azərbaycandan 850 əcnəbi deportasiya edilib
"Hesabat dövründə qanunsuz miqrasiyaya qarşı görülən tədbirlər çərçivəsində 9 min 757 inzibati qərar qəbul edilib".
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.
O bildirib ki, bu qərarlar əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar edilmiş, elektron informasiya sistemləri vasitəsilə müəyyən olunan və sonradan hüquqi statusu tənzimlənən şəxslərlə bağlıdır:
“Eyni zamanda, 800-ə yaxın əcnəbi barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma yəni, deportasiya qərarı qəbul olunub. Deportasiya barədə qərarlar eyni müddət üçün tətbiq edilmir. Şəxsin törətdiyi pozuntunun xarakterindən və ağırlığından asılı olaraq Azərbaycana giriş qadağası bir il, iki il, beş il və ya qanunvericilikdə nəzərdə tutulan digər müddətlər üçün müəyyən edilə bilər”.








