Azərbaycanın daxili dövlət borcu 7 % azalıb

Azərbaycanın daxili dövlət borcu 7 % azalıb

01 Avqust 2026

Bu il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon manat təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 7 % azdır.

Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 12,2 %-ni təşkil edib.