Naxçıvanda beşdən çox uşağı olan qadınların sayı açıqlanıb
Naxçıvan Muxtar Respublikasında beşdən çox uşağı olan qadınların sayı ilə bağlı rəsmi statistika açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət Statistika Komitəsinin 2026-cı ilin əvvəlinə olan məlumatına əsasən, muxtar respublikada beşdən çox uşağı olan qadınların ən çoxu Şərur rayonunda qeydiyyata alınıb. Rayonda bu kateqoriyaya aid 51 qadına sosial müavinət təyin edilib.
Digər rayonlar üzrə göstəricilər belədir: Babək rayonunda 31, Ordubad rayonunda 19, Kəngərli rayonunda 15, Culfa rayonunda 10 qadın beşdən çox uşağa görə sosial müavinət alır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkə üzrə beşdən çox uşağı olan 13 min 167 qadına sosial müavinət təyin edilib. Bu kateqoriya üzrə hər nəfərə aylıq orta hesabla 140 manat sosial müavinət ödənilir.
Statistikaya əsasən, Azərbaycan üzrə ən yüksək göstərici Yevlax rayonunda qeydə alınıb. Həmin rayonda 3 min 271 beşdən çox uşağı olan qadın sosial müavinət alır.








