Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub.
Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.
Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.








