Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb

24 Avqust 2026

İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib:

"Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub".

Qeyd edilib ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.

"Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb", - deyə məlumatda bildirilib.