Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Şəkərabad kəndi yolunda "Chevrolet" markalı avtomobil dönmə manevri edərkən iki motosikletlə toqquşub.
Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.










