DSMF-nin xərcləri 9 % artıb

DSMF-nin xərcləri 9 % artıb

14 Fevral 2026

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 milyon manat və yaxud 9,1 % çox olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə DSMF-yə istinadən xəbər verir.

Məlumata görə, Fondun xərclərinin 97,4 %-ni əhaliyə pensiya və digər sosial ödənişlər təşkil edib.