İlham Əliyev: Dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik

İlham Əliyev: Dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik

13 Fevral 2026

Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Münhündə "İctimai Televiziya" kanalının "bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirmi?" sualına cavab olaraq deyib.

"Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir", - dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, o dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik: "Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq".