Prezident: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir

Prezident: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir

13 Fevral 2026

Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Prezident İlham Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində deyib.

"Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir", - dövlət başçısı vurğulayıb.