DSX-nin əsgəri vəfat etdi
Dövlət Sərhəd Xidmətinin əsgəri Ramin Cəbrayılov vəfat edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə əsgərin yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Mərhum iyul ayında hərbi xidmətdən tərxis olacaqdı.
Qeyd edək ki, R.Cəbrayılov Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib.









