Naxçıvanda yağıntılı hava şəraiti müşahidə olunub

Naxçıvanda yağıntılı hava şəraiti müşahidə olunub

25 May 2026

Naxçıvan Muxtar Respublikasında yağıntılı hava şəraiti müşahidə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcədən məlumat verildiyi kimi mayın 22-dən 25-dək muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Mayın 25-i saat 10:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.

Mayın 22-dən 25-dək düşən yağıntının miqdarı Naxçıvan şəhərində 29, Şərurda 13, Şahbuzda 18, Biçənəkdə (Şahbuz) 28, Küküdə (Şahbuz) 14, Ordubadda 6, Parağaçayda (Ordubad) 20, Culfada 10, Göydərədə (Culfa) 9, Kəngərlidə 26, Sədərəkdə 21, Axurada (Şərur) isə 20 mm olub.