
Əmək stajına görə əlavə məzuniyyət necə müəyyən edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası necə müəyyən edilmişdir?
Cavab: Əmək Məcəlləsinin şamil edildiyi iş yerlərində əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov