Xuliqanlıq dedikdə hüquqi baxımdan nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Xuliqanlıq dedikdə hüquqi baxımdan nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən Xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Nəriman Vəliyev








