Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mayın 25-də keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri və uşaq müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Komissiyanın sədri Gülxanım Orucova uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə formalaşmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, uşaqların hərtərəfli inkişafının təmin olunması, onların hüquq və mənafelərinin müdafiəsinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda maarifləndirmə fəaliyyətinin davamlı təşviqi mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində uşaqların hüquqlarının müdafiəsi, təhlükəsizliyi və sosial rifahı ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub. Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.













