Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 70 %-i tamamlanıb

Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 70 %-i tamamlanıb

27 Fevral 2026

Zəngəzur dəhlizinə gedən yol olan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85 %, tikintisi isə 70 % həcmdə tamamlanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə "Azərbaycxan Dəmir Yolları" QSC-dən məlumat verilib.

"Bu dəmir yolu azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyəyə qədər uzanacaq yeni nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq", - məlumatda vurğulanıb.