Naxçıvanda bu qurumun nizamnamə fondu 5 milyon manat artırıldı

Naxçıvanda bu qurumun nizamnamə fondu 5 milyon manat artırıldı

27 Fevral 2026

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nizamnamə fondu artırılıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" Trend-ə istinadən məlumat verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nizamnamə fondu 67 723 000 manatdan 72 723 000 manata çatdırılıb.

Bununla qurumun nizamnamə fondu 5 milyon manat artırılıb