Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Özbəkistanda diplomatik missiyası başa çatan Azərbaycan səfiri Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o. bu mükafata Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün iki ölkə arasındakı münasibətlərinin möhkəmləndirilməsində böyük töhfəsinə görə Hüseyn Quliyevə "Mehnat Shuhrati" ordenini təqdim edib.
Xatırladaq ki, müvafiq sərəncamla H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri təyin olunub. Sabah, iyunun 23-ü onun 80 yaşı tamam olur.









