İlham Əliyev Tacikistanda səfərdədir -

İlham Əliyev Tacikistanda səfərdədir - FOTO

09 Oktyabr 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşıladılar.