İrandan 5 Tacikistan vətəndaşı Azərbaycana təxliyə edilib

İrandan 5 Tacikistan vətəndaşı Azərbaycana təxliyə edilib

01 Mart 2026

İrandan 5 nəfər Tacikistan vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.

Onlar İran İslam Respublikasına müalicəyə getsələr də, mövcud vəziyyətlə əlaqədar olaraq geri qayıtmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, daha əvvəl 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.