Naxçıvanda hərbi hissədə yanğın olub
Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.








