Amnistiya aktı 90 xarici vətəndaşa şamil olunub

Amnistiya aktı 90 xarici vətəndaşa şamil olunub

01 Mart 2026

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı 90 xarici ölkə vətəndaşına amnistiya aktı tətbiq olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda keçirilən "Açıq qapı" günündə "Amnistiya aktı: dövlət humanizminin ifadəsi" adlı seminarda məlumat verib.

O bildirib ki, onların bir qismi cəzaçəkmə müəssisələrindən azad edilib, bir qisminin isə cəzaları azaldılıb.