İrandan Azərbaycana 53 vətəndaşımız, 31 əcnəbi təxliyə edilib
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.
İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.








