Tramp: ABŞ-ın İrandakı əməliyyatı qrafiki qabaqlayır, 48 lider öldürülüb

Tramp: ABŞ-ın İrandakı əməliyyatı qrafiki qabaqlayır, 48 lider öldürülüb

01 Mart 2026

ABŞ prezidenti Donald Tramp İran liderlərinin bir anda məhv edilməsi əməliyyatının uğurlu olduğunu elan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Amerika lideri bunu CNBC jurnalisti Co Kernenə verdiyi müsahibədə bildirib.

"Heç kim bizim uğurumuza inana bilməz, çünki 48 lider bir anda yoxa çıxdı", - deyə Ağ Ev rəhbəri bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrandakı əməliyyatı qrafiki qabaqlayır.

Tramp həmçinin vurğulayıb ki, ABŞ bu işi "təkcə özü üçün deyil, bütün dünya üçün" görür.