İsrail "Hizbullah" liderini öldürməyi planlaşdırdığını bəyan edib

İsrail "Hizbullah" liderini öldürməyi planlaşdırdığını bəyan edib

02 Mart 2026

İsrailin müdafiə naziri İsrael Kats ölkənin Müdafiə Ordusunun "Hizbullah" qruplaşmasının baş katibi Naim Qasimi öldürməyi hədəflədiyini bəyan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, qərar "Hizbullah"ın İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları ilə zərbə endirməsi fonunda qəbul edilib.

"İsraili atəşə tutması "Hizbullah"a baha başa gələcək, Naim Qasim isə bundan sonra məhv edilməli olan hədəfdir", - Kats yazıb.