İsrail İrana zərbə endirib

İsrail İrana zərbə endirib

28 Fevral 2026

İsrail İrana qabaqlayıcı zərbə endirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" "Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.

Onun sözlərinə görə, ölkənin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib.

"İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib", - nazir bildirib.

İsrailin bütün ərazisində sirenlər işə düşüb, İsrail Müdafiə Ordusunun arxa cəbhə komandanlığı mülki əhalini sığınacaqlara yaxın olmağa çağırır.