Tramp İran hərbçilərini təslim olmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp İran hərbçilərini silahı yerə qoymağa çağırıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, ABŞ lideri bunu bu günkü bəyanatında deyib.
"İslam İnqilab Keşikçiləri Korpusunun, silahlı qüvvələrin və İran polisinin üzvlərinə müraciət edərək deyirəm: silahı yerə qoyun və tam toxunulmazlıq əldə edin. Əks halda sizi qaçılmaz məhv gözləyir. Müqavimətdən imtina etsəniz, sizinlə ədalətli davranılacaq", - Tramp deyib.
Bundan əlavə, o həmçinin İranda hakimiyyət dəyişikliyinə ümid bəslədiyini bəyan edib.








