İtkin şəhid Fikrət Əzizov Qaradağ rayonunda dəfn edilib

İtkin şəhid Fikrət Əzizov Qaradağ rayonunda dəfn edilib

30 Oktyabr 2025

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Fikrət Abbas oğlu Əzizov oktyabrın 30-da paytaxtın Qaradağ rayonunda yerləşən "Sofi Həmid Piri" qəbiristanlığında dəfn olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri, Müdafiə, Daxili İşlər nazirliklərinin əməkdaşları, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.