Konqonun idman və mədəniyyət naziri Bakıda cüdo üzrə təlim-məşq mərkəzində olub

Konqonun idman və mədəniyyət naziri Bakıda cüdo üzrə təlim-məşq mərkəzində olub

25 Sentyabr 2024

Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbunun rəhbərlik etdiyi nümayəndə heyəti cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.

Qonaqlara təlim-məşq mərkəzində idmançılar üçün yaradılan müasir şərait, həmçinin ACF-nin ölkəmizdə cüdonun inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat verilib.