Məleykə Abbaszadə:  Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

Məleykə Abbaszadə: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15 Yanvar 2025

Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu barədə Təhsil Nazirliyi ilə danışıqlar aparılıb:

"Artıq yeni qiymətləndirmə prosesinə keçməliyik. Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq".