
Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla M.Əliyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, alimin bu gün 70 yaşı tamam olur.