İlham Əliyev Türkiyədə işgüzar səfərdədir -

İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - FOTO

10 Aprel 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri başlayıb.

"NAXÇIVANXƏBƏLƏRİ" məlumat verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.