
Təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tətbiq ediləcək
Azərbaycanda təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tətbiq ediləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişikliyi təsdiqləyib.
Belə ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklə təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tətbiq ediləcək.