Mövqelərimiz yenidən atəşə tutulub

Mövqelərimiz yenidən atəşə tutulub

16 Mart 2025

Martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.