Naxçıvan Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib -

Naxçıvan Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTO

08 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya çərçivəsində Naxçıvan-Duzdağ avtomobil yolunun sol kənarında öncədən müəyyən olunmuş 1 hektar ərazidə 450 badam tingi əkilib, onlara ilkin aqrotexniki qulluq göstərilib.

 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasına töhfə verməkdir.