Naxçıvan Muxtar Respublikası Ali Məclisində yaz sessiyasının yekunları açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisində yaz sessiyasının yekunları açıqlanıb

03 İyun 2026

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası dövründə qanunvericilik və parlament fəaliyyəti istiqamətində işlər görülüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sessiya ərzində Ali Məclisdə 10 plenar iclas keçirilib. Bununla yanaşı, komitələrin 19, komissiyaların isə 4 iclası təşkil olunub.

Yaz sessiyası müddətində deputatlar tərəfindən müzakirə edilən məsələlər nəticəsində 9 qanun və 11 qərar qəbul edilib. Beləliklə, ümumilikdə 20 hüquqi akt təsdiqlənərək qüvvəyə minib.