Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib -

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

20 Yanvar 2026

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Naxçıvan şəhərində yerləşən  Şəhidlər xiyabanını ziyarət edərək  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyub,  onların əziz xatirəsini hörmət və ehtiramla yad edib.