Naxçıvan qaziləri Şəhidlər Xiyabanını ziyarət edib -

Naxçıvan qaziləri Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

20 Yanvar 2026

Naxçıvan Qazilər İctimai Birliyi 20 Yanvar şəhidlərini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Qazilər İctimai Birliyinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhidlərin məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

Qeyd edilib ki, 20 Yanvar şəhidləri xalqımızın azadlıq və müstəqillik tarixində silinməz iz qoyublar.