Xankəndi şəhərinə ilk köç olacaq

Xankəndi şəhərinə ilk köç olacaq

20 Yanvar 2026

Xankəndi şəhərinə yanvarın 21-də ilk köç olacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, müxtəlif yerlərdə məskunlaşan, çətin şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin bir qismi Xankəndinə köçürüləcək.

Xatırladaq ki, dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub.