Naxçıvan Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 31 faiz artıb

Naxçıvan Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 31 faiz artıb

25 Avqust 2026

Cari ilin yanvar–iyul ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 4,7 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. Bu vəsait 127 layihənin maliyyələşdirilməsinə yönəldilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvan MR İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 31 faiz artıb.

Qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 89,8 faizi, güzəştli kredit məbləğinin isə 61,1 faizi Naxçıvan şəhərindən başqa digər rayon və kəndlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.