Naxçıvanda nəqliyyat və anbar təsərrüfatında xidmətlərin həcmi 16,8 faiz artıb

Naxçıvanda nəqliyyat və anbar təsərrüfatında xidmətlərin həcmi 16,8 faiz artıb

25 Avqust 2026

2026-cı ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat və anbar təsərrüfatı sektorunda 58 milyon 371,9 min manat məbləğində xidmət göstərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsində istinadla xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz çoxdur.

Hesabat dövründə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4 milyon 184,9 min ton yük və 27 milyon 552,8 min sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 1 faiz artıb.

Daşınan yüklərin 4 milyon 177,1 min tonu avtomobil, 7,5 min tonu hava, 0,3 min tonu isə dəmir yolu nəqliyyatının payına düşüb.

Sərnişin daşınmasında isə avtomobil nəqliyyatı üstünlük təşkil edib. Belə ki, 27 milyon 82,9 min sərnişin avtomobillərdən, 469,9 min sərnişin isə hava nəqliyyatından istifadə edib.