Naxçıvanda 154 yeni iş yerinin yaradılması imkanları mövcud olacaq

Naxçıvanda 154 yeni iş yerinin yaradılması imkanları mövcud olacaq

25 Avqust 2026

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2026-cı ilin 7 ayı ərzində maliyyələşdirilmiş güzəştli kredit məbləğinin 54,1 faizi kənd təsərrüfatı, 18,2 faizi xidmət, 27,7 faizi isə sənaye sahələrinə yönəldilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvan MR İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, maliyyələşdirilmiş kreditlər hesabına 154 yeni iş yerinin yaradılması imkanları mövcud olacaq.