Naxçıvan şəhərinin müxtəlif ərazilərində yeni çinar ağacları əkilir -

Naxçıvan şəhərinin müxtəlif ərazilərində yeni çinar ağacları əkilir - FOTO

01 Mart 2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Yaşıllaşdırma Xidməti tərəfindən Naxçıvan şəhərinin müxtəlif ərazilərində yeni çinar ağacları əkilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, keçirilən aksiya şəhərin ekoloji mühitinin daha da yaxşılaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi və sağlam ətraf mühitin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Hazırda Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Cəlil Məmmədquluzadə, Əziz Əliyev və İstiqlal küçələrində ümumilikdə gün ərzində 87 ədəd yeni çinar ağacı əkilib və ağac əkimi davam etdirilir. Qeyd edək ki, şəhərin mərkəzi küçə və prospektlərində ümumilikdə 200 ədəd çinar ağacının əkilməsi nəzərdə tutulub.

Mart ayının sonunadək planlı şəkildə müxtəlif növ ağacların da şəhər ərazisində əkilməsi davam etdiriləcək. Bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan şəhərinin daha abad, yaşıllıqlarla zəngin və ekoloji cəhətdən sağlam şəhərə çevrilməsinə xidmət edir.