Naxçıvan Təhsil Nazirliyinin müsabiqəsinə sənəd qəbulu başlayır
Yanvarın 14-dən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə sənəd qəbuluna başlanılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 14- 31-yanvar tarixləri arasında müvafiq sənədlərini şəhər və rayon Təhsil Şöbələrinə təqdim edə bilərlər. Ümumi orta təhsilli (əmək stajına tələb qoyulmadan) hər bir namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.
Müsabiqə laborant vəzifəsi üzrə yalnız test mərhələsindən, uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə isə test və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçiriləcək.
Vakansiyalar, müsabiqə proqramı və namizədlər üçün tələblərlə bağlı məlumatlarla aşağıdakı linklərdən tanış olmaq olar.
1. Laborant - https://shorturl.at/taqyf
2. 2.UBTR - https://shorturl.at/RsMDz