Naxçıvanda 10 yaşayış binasının əsaslı təmiri üçün layihə hazırlanacaq

Naxçıvanda 10 yaşayış binasının əsaslı təmiri üçün layihə hazırlanacaq

09 İyun 2026

Naxçıvan şəhərində 10 yaşayış binasının əsaslı təmir işlərinin layihələndirilməsi ilə bağlı satınalma müsabiqəsi elan olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla xəbər verir.

Müsabiqə çərçivəsində şəhər ərazisində yerləşən 10 yaşayış binasının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, layihələndirmə işlərinin həyata keçirilməsi gələcəkdə yaşayış binalarının əsaslı təmirinə hazırlıq mərhələsi hesab olunur və şəhərin mənzil fondunun yenilənməsinə xidmət edir.