Naxçıvanda 9 ayda 70 dövlət əmlakı özəlləşdirilib
2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 70 dövlət əmlakı özəlləşdirilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 1,1 milyon manat daxilolma əldə olunub, bunun 819 min manatı muxtar respublika büdcəsinə yönəldilib.
Eyni dövrdə muxtar respublika üzrə dövlət əmlakının registrindən 143 çıxarış verilib.








