Naxçıvanda Ali Məclisin növbəti iclası keçiriləcək
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının səkkizinci iclası mayın 13-də keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasın gündəliyinə bir sıra mühüm qanun layihələrinin müzakirəsi daxil edilib.
İclasda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci oxunuşda baxılacaq.
Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.








