Naxçıvanda dönərdən zəhərlənən altı nəfər evə buraxılıb

Naxçıvanda dönərdən zəhərlənən altı nəfər evə buraxılıb

22 Mart 2025

Martın 21-də Naxçıvanda fəaliyyət göstərən dönərxanalardan birində qida zəhərlənməsi baş verib. Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, zəhərlənən altı nəfərdən üçü azyaşlı olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, xəstəxananın həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında bildirib ki, xəstələr ürəkbulanma, qusma və halsızlıq şikayətləri ilə tibb müəssisəsinə yerləşdirilib. 

Onlara tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib və evə buraxılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.